Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Hazırda oxunan: Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

628488

Ermənistanın Baş naziri Nikol Paşinyan keyfiyyətinə şübhə etdiyi üçün respublikada yetişdirilən balıqları yemədiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
 

"Bu, səs-küyə (ajiotaja) səbəb olacaq, lakin mən artıq uzun müddətdir ki, burada yetişdirilən balıqları istehlak etmirəm. Çünki orada problemin olduğu mənim üçün gün kimi aydındır", – deyə o qeyd edib.


Paşinyan yerli balıqları yemək istəməməsi barədə məhsulların ixracına qoyulan məhdudiyyətlər səbəbindən balıqçılıq təsərrüfatlarına dövlət dəstəyi məsələsinin müzakirəsi zamanı danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin