Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı

Hazırda oxunan: Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı

628556

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant qalan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.

Bizim.Media xəbər verir ki, BŞTİ-dən Modern.az-a bildirilib ki, müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, idarəçilik və təşkilatçılıq, ünsiyyət, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial-emosional bacarıqları qiymətləndirilir.

Müsahibənin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.

Qeyd edək ki, 29 iyun–8 iyul 2026-cı il tarixlərində keçirilən ərizə qəbulu mərhələsinin yekunlarına əsasən, 109 namizəd BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin