Bakının Sabunçu rayonunda ərin həyat yoldaşına qarşı zorakılıq etməsi cinayət işi ilə nəticələnsə də, tərəflərin barışması səbəbindən məhkəmə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edib.
Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, hadisə ər-arvadın birgə yaşadığı mənzildə baş verib.
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İslam (ad şərtidir – red.) həyat yoldaşı Vəfa (ad şərtidir – red.) ilə yataq otağında mübahisə edib.
Mübahisəyə səbəb qadının onunla kobud danışması olub. Tərəflər arasında yaranan mübahisə zamanı İslam yumruqla qadının baş nahiyəsinə bir dəfə, şillə ilə isə üz nahiyəsinə bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.
Zərərçəkmiş qadın aldığı xəsarətlərlə bağlı xəstəxanaya müraciət edib, daha sonra hüquq-mühafizə orqanlarına şikayət verib.
Onun müraciəti əsasında İslam barəsində cinayət işi başlanılıb. Lakin məhkəmə araşdırması zamanı zərərçəkmiş şikayətini geri götürərək həyat yoldaşını bağışladığını və ona qarşı heç bir şikayətinin olmadığını bildirib.
Məhkəmə tərəflər arasında barışığın əldə olunmasını nəzərə alaraq təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmayıb.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən İslam cinayət məsuliyyətindən azad edilib və onun barəsində aparılan cinayət təqibinə xitam verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:47 / 31.07.2026
Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ
Hazırda oxunan: Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ
Hazırda oxunan: Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ
628500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































