Bu universitetdə elektron diplomların verilməsinə başlanıldı - FOTO

Hazırda oxunan: Bu universitetdə elektron diplomların verilməsinə başlanıldı - FOTO

628562

İyulun 30-da Azərbaycan Texniki Universitetində (AzTU) elektron diplomların verilməsinə başlanılıb.

Bizim.Media xəbər verir ki, Proses "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.

Beləliklə, 2025/2026-cı tədris ili üzrə AzTU-dan məzun olanlar diplomlarını elektron formatda əldə edəcəklər.
 

AzTU-nun rektoru Vilayət Vəliyev 181 məzunun diplomunu AOİTAS vasitəsilə imzalayıb. Digər məzunların da diplomları mərhələli şəkildə elektron formada imzalanaraq təqdim olunacaq.


Qeyd edək ki, məzunlar elektron diplomları avqust ayından etibarən "mygov" rəqəmsal hökumət platforması üzərindən əldə edə bilərlər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin