XİN: Üçüncü ölkələr Azərbaycanın qonşularla münasibətlərini korlaya bilməz

Hazırda oxunan: XİN: Üçüncü ölkələr Azərbaycanın qonşularla münasibətlərini korlaya bilməz

53388
Üçüncü ölkələr Azərbaycanın qonşularla münasibətlərini korlaya bilməz.

Bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev İran səmasında vurulan pilotsuz təyyarənin guya Azərbaycan ərazisindən havaya qalxması ilə bağlı KİV-lərdə yayılan məlumatı şərh edərkən deyib.
 
O qeyd edib ki, qonşu dövlətlərlə qonşuluq münasibətlərinin qurulması Azərbaycan üçün əsas prioritetdir.
 
ABŞ-ın Kaliforniya ştatı Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməyə gəldikdə isə E. Abdullayev bu sənədin deklarativ xarakter daşıdığını və hüquqi qüvvəyə malik olmadığını vurğulayıb.
 
Bu faktın qətnaməyə səs verən senatorların səmimiliyini şübhə altına aldığını deyən E. Abdullayev bunun ABŞ-dakı erməni lobbisinin maliyyə dəstəyi hesabına mümkün olduğunu qeyd edib. (apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin