"Prezident Admnistrasiyanda bəzi şəxslər Hafiz Hacıyevin namizədliyinə razı olmayıb"

Hazırda oxunan: "Prezident Admnistrasiyanda bəzi şəxslər Hafiz Hacıyevin namizədliyinə razı olmayıb"

34094

 Milli Şuranın vahid namizədi Cəmil Həsənli namizədlərin dünənki teledebatı zamanı baş verənlərlə bağlı mətbuat konfransı keçirib. 

Moderator.az Avropa.info-ya istinadən xəbər verir ki, mətbuat konfransında Cəmil Həsənli İTV-nin efirində baş vermiş hadisələrə öz münasibətini açıqlayıb.  C.Həsənli deyib ki, prezidentliyə namizəd Hafiz Hacıyevin sənədləri Prezident Administrasiyasında hazırlanıb: "Bu sənədlər sonra MSK-ya göndərilib. Onun namizədliyinin müdafiəsi üçün imzalar da PA-nın göstərişi ilə toplanıb".

C.Həsənlinin sözlərinə görə, Hafiz Hacıyevin namizədliyinə PA-nın rəhbər işçilərinin heç də hamısı razı olmayıb. "Onlardan bəziləri H.Hacıyevdən Milli Şuraya qarşı istifadə etməyə çalışırlar. Lakin biz hakimiyyətə iddialı olduğumuzu ortaya qoyduq. Milli Şuranın namizədindən xalqın namizədinə çevrilmək taktikasını seçdik",-deyə o əlavə edib.

C.Həsənli bildirib ki, onun 6 dəqiqəlik efir vaxtından tam şəkildə istifadə edilməsinə imkan verilməyib: "İTV-nin efirində 6 dəqiqə müddətində çıxış edib, sözümü seçicilərə deməliyəm, vaxtımı kəsiblər. Bununla bağlı MSK-ya müraciət olunub. Baş verənləri araşdırmaq üçün ekspertiza qrupu da yaradılıb. İTV bəyanat verib ki, guya mən teledebatı pozmuşam. Bunun heç bir əsası yoxdur. Mənə qarşı bütün təxribatlar Əli Əhmədov tərəfindən təşkil olunub".

C.Həsənli əlavə edib ki, H.Hacıyev kimi birisi ilə debata çıxmaq fikri yoxdur: "Biz özümüzü H.Hacıyev səviyyəsinə endirə bilmərik. Bizim Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Əli Əhmədov kimilərlə debat aparmaq fikrimiz yoxdur. Onlar nə desələr də, bizim bütün fikirlərim hakimiyyət başçısına ünvanalacaq. Hafiz Hacıyevin namizəd kimi qeydə alınması bu millətə tüpürməkdir. H.Hacıyevin qeydə alınması dünyaya demokratiya ənənəsini nümayiş etdirmiş bir xalqı aşağılamaqdır.21-co əsrdə demokratiya ənənəsini dünyaya nümayiş etdirmiş bir xalqa hafizin kimi qeyd alamq xalqı aşağılamaqdır. Bunu birbaşa hakimiyyət başçısı edir. Nə etsələr, bizi qarşılarında görəcəklər". Daha sonra Cəmil Həsənli  onun  xəstəliyi  ilə bağlı irəli sürülən ittihamlara da aydınlıq gətirib. "Artıq birinci debat zamanı mənə YAP-a yaxın dairələrdən məlumat gəlmişdi ki, Əli Əhmədov sənə qarşı bir sənəd çıxaracaq. Mənim həyatım həmişə şəffaf olub. Mən heç bir qanun pozuntusuna yol verməmişəm. Mən hələ 1987-ci ildə Moskvada gözümdən əməliyyat olunmuşdum. Süni büllur təbəqəsi qoyulmuşdu. 10 il müddətinə nəzərdə tutulmuşdu. Sonralar məndə şəkər xəstəliyi əlamətləri meydana çıxdı. Ona görə yenidən əməliyyat olunmadı. Şükürlər olsun ki, mənim sağ gözüm tamamilə sağlamdır. 2011-ci ildə Zərifə Əliyeva adına Oftamologiya Xəstəxanasında sol gözüm yoxlandı və mənə məlum sənəd verildi. Bu, üçüncü dərəcəli əllilikdir. Üçüncü dərəcəli əlillik isə seçkidə iştirakı qadağan etmir". 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin