Siyavuş Novruzov: “İmza vermək üçün qərərgaha gələnlər məcburi gətirilmir”

Hazırda oxunan: Siyavuş Novruzov: “İmza vermək üçün qərərgaha gələnlər məcburi gətirilmir”

32357

Prezident seçkilərində namizədlərin qeydə alınması üçün imzatoplama kampaniyasına start verilib. Sosial şəbəkələrdə YAP-ın bu kampaniyası xüsusi diqqəti çəkir. Belə ki, hakim partiyanın nəzarətində olan qruplarda imzatoplama kampaniyası ilə bağlı fotolar yayılır. Həmin fotolarda YAP-ın namizədi İlham Əliyevə imza verən vətəndaşların evində deyil, ofislərdə olduğu görünür. Bu isə o deməkdir ki, YAP seçici imzasını almaq üçün xalqın qapısını döymür.
Bununla bağlı rəylərdə o da qeyd olunur ki, YAP həmin insanları zorla ofislərinə gətirib, imza alır. YAP icra katibinin müavini Siyavuş Novruzov bu iddiaları qəbul etmədiyini deyib: “YAP-ın rayon-şəhər təşkilatlarında xüsusi təlim keçmiş şəxslər bu prosesdə iştirak edir. Düzdür, partiyamızın qərargahında da imza verənlər olub. Amma bu insanlar könüllü gəliblər ki, möhtərəm prezidentimizə yenidən imza vermək istəyirlər. Belə olan halda biz onları geri qaytarmırıq. Amma ümumilikdə bu proses ofisdə deyil, evlərdə aparılır. İmzası alınan vətəndaşların qapısını döyürük”.
Siyavuş Novruzov həmçinin, yerli icra hakimiyyəti orqanlarının YAP-ın namizədinin müdafiəsi prosesinə cəlb olunmaması barədə fikirləri də qəbul etmədiyini dedi: “YAP-ın 600 minlik ordusu var. Bizim seçki təcrübəsi olan çoxsaylı fəallarımız var. Onlar bu prosesdə fəaldırlar. İcra strukturları qətiyyən işimizə qarışmır. Bu qurumların öz işləri var. YAP-ın potensialı imkan verir ki, təkbaşına bu kampaniyanı uğurla aparsın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin