Müsavatdan AXCP-yə cavab gəldi: “Narahat olmasınlar”

Hazırda oxunan: Müsavatdan AXCP-yə cavab gəldi: “Narahat olmasınlar”

30300

AXCP sədrinin müavini Həsən  Kərimov mətbuata son açıqlamasında İsa Qəmbəri Milli Şuranın vahid namizədlə bağlı qərarına hörmət etməyə və Müsavat partiyasını Milli Şuranın namizədinə dəstək olmağa çağırıb.

Bununla bağlı Moderator.az-a açıqlama verən Müsavat başqanının müavini  Gülağa Aslanlının sözlərinə görə onlar Milli Şuranın namizədinə tam dəstək veriblər:

“ Heç kəs narahat olmasın, biz Milli Şuranın və onun vahid namizədinin yanındayıq. Rüstəm İbrahimbəyovun  istər imzatoplama kompaniyasında,  istərsə də təbliğat tədbirlərində necə iştirak edəcəyimizi hər kəs görəcək. Qoy, bizi ittiham edənlər fikir bildirərkən tələsməsinlər və Milli Şuranın namizədinin müdafiə işində ən azı bizim qədər iştirakçı olsunlar. Əsas hədəfimiz odur ki, qarşıdan gələn seçkilərdə Milli Şuranın namizədi mütləq qalib gəlsin”


Xəyal Əzizov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin