Hüseyn Abdullayev Mlli Şurada -EKSKLÜZİV

Hazırda oxunan: Hüseyn Abdullayev Mlli Şurada -EKSKLÜZİV

29700
“Sabiq millət vəkili Hüseyn Abdullayev yaxın günlərdə Milli Şuranın sıralarına qatıldığını bəyan edəcək”.

Bu sözləri Moderator.az-a adının çəkilməsini istəməyən Milli Şuradakı mənbə deyib. Mənbənin sözlərinə görə, Hüseyn Abdullayevlə bu yöndə uzun zamandır ki, danışıqlar aparılırmış və sabiq millət vəkili bu günlərdə ona edilən təklifə şifahi razılıq verib.

Yaxın günlərdə isə onun özündə Milli Şuraya üzv olması ilə bağlı mövqeyini əks etdirən rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, Hüseyn Abdullayevin vətəndaşları etirazlara səsləyən “Susma” mahnısı böyük rezonansa səbəb olub və bundan sonra sabiq millət vəkilinə və onun ailə üzvlərinə qarşı təzyiqlər başlayıb.

Xəyal
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin