Müsavatdan Novella Cəfəroğluya etiraz

Hazırda oxunan: Müsavatdan Novella Cəfəroğluya etiraz

29616
Mediadan bəlli olduğu kimi, Freedom House təşkilatı “Keçid dövrü ölkələri-2013” adlı hesabat hazırlayıb. Hesabatda Azərbaycan da daxil olmaqla Avrasiya regionunun keçmiş sovet ölkələrindəki vəziyyət təhlil olunur.
Hesabatda bildirilir ki, 2012-ci ildə bu ölkələrdə rejimlər demokratik dəyişikliklərə qarşı fəal mübarizə aparıb: “Öz repressiyaları ilə məşhur olan rejimlər yadfikirliliyi daha da məhdudlaşdırmaq üçün “yaradıcı” metodlar tətbiq ediblər. Bəzən zorakılığa əl atıblar. Rusiya bu proseslərdə öndə gedib. Azərbaycan isə Tacikistan, Belarus kimi rejimlərlə eyni sırada dayanaraq ehtimal olunan düşmənlərin təqib olunmasını sərtləşdirib, bu məqsədlə hüquqi və qeyri-hüquqi mexanizmlərdən istifadə edib”.
Hesabata deyilir ki, regionun 12 ölkəsindən 5-də insan haqları və vətəndaş cəmiyyəti üçün həyəcanlı vəziyyət hökm sürür. Bura Azərbaycan da daxildir. Azərbaycan, Belarus, Türkmənistan, Özbəkistan və Tacikistan “Vətəndaş cəmiyyəti” göstəricisinə görə ən aşağı reytinq alıblar.
Həmin hesabatın nəticələrinə virtualaz.org saytında fikir bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Ermənistanda, Gürcüstanda, Rusiyada, Ukraynada vəziyyət Azərbaycandan daha acınacaqlıdır: “Ermənistanda 500 min insan qaçır, prezident seçkilərində namizədi güllələyirlər. Gürcüstanda son zamanlarda baş verənlər göz qabağındadır. Ukraynada baş nazir Yuliya Timoşenko, jurnalistlər həbs olunur. Bu ölkələr həmin siyahıda yer almır. Amma Azərbaycanı son beş ölkə sırasına salırlar. “Freedom House” qələt eləyib”.
Hüquq müdafiəçisinin, eyni zamanda Müsavat Partiyasının üzvü olan Novella Cəfəroğlunun fikirləri partiya üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu barədə facebook sosial şəbəkəsində müzakirə açıblar. Məsələ ilə bağlı Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin rəyə qarşı cıxmaq əvəzinə, daha yaxşı olardı ki, bu halların pozulması üçün mübarizə aparılsın: “Mən Novella xanımın fikirləri ilə tanış deyiləm. “Freedom House” təşkilatının apardığı araşdırmalarda həmişə real nəticələr öz əksini tapıb.  Azərbaycanda insan haqlarının pozulması ilə bağlı hallar araşdırmalarda obyektiv yer alıb. Ona görə də rəyə qarşı çıxmaq əvəzinə, təşkilata dəstək çıxmaq lazımdır”.
 
Müsavat başqanın müşaviri Yeganə Hacıyeva da bu barədə fikrilərini “Qafqazinfo”ya bölüşüb. “Freedom House” təşkilatının apardığı araşdırma obyektivdir. Mən həmin hesabatla tanışam. Azərbaycanda olan real vəziyyəti əks etdirir. Hətta həmin hesabatda müəyyən punklar üzrə Azərbaycanda olan vəziyyət yumşaq şəkildə əks olunub. Bunlar siyasi məhbuslar, siyasi partiyalar və. s qurumlarla bağlıdır. Bu Novella xanımın öz fikirləridir. Mən təəssüf edirəm ki, partiyamızın üzvü bu qədər gördüyümüz işlərin üstündən xətt çəkir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin