"Azərbaycan bunu ilkin şərt kimi vurğulayacaq"

Hazırda oxunan: "Azərbaycan bunu ilkin şərt kimi vurğulayacaq"

130699
Son dörd gündə Ermənistan ”“Azərbaycan cəbhə xəttində baş verən hərbi eskalasiya, Azərbaycanın Ermənistan üzərində tam üstünlüyü ilə davam edən müharibədə 20 ildən arıqdır ki, Qarabağ münaqişəsinin həlli variantı üzərində işləməsinə baxmayaraq status-kvonunun dəyişməsini əngəlləyən ATƏT-in Minsk qrupunun üzvülərinin ciddi narahatlığına səbəb oldu. Bu illər ərzində regiona dəfələrlə səfər etməsinə baxmayaraq, münaqişənin həlli istiqamətində tamami ilə öz missiyasını itirmiş Minsk qrupu, münaqişənin beynəxalq hüququq normalarına uyğun şəklində heç bir irəlləyişə nail olmadı. Hətta, işğalçı Ermənistanın maraqlarına uyğun təmas xəttində atəşkəsi müəyyən edən qurğuların qoyacaq, Azərbaycanın milli maraqlarına toxunacağı qədər qabağa getmişdir. Minsk qrupunun üzvülərindən yalnız, ABŞ-ın nümayəndəsi Ceyms Urolik Dağlıq Qarabağ ətrafı işğal olunmuş rayonların qaytarılmasını dilə gətirsədə, Fransa və Rusiyanın həmsədrlərindən analoji addım atılmadı. Çünki, Fransa və Rusiaya, işğalçı Ermənistana yaxın dövlət və Azərbaycanın ərazisində fəaliyyət göstərən qondarma erməni ”x9dDQR”x9d separatçı rejimin nümayəndəliyinin fəaliyyət göstərdiyi ölkədir. Azərbaycan hakimiyyəti, Fransa və Rusiyaya ciddi xəbərdarlıq etməli, separatçı rejimin nümayəndəliklərini bu ölkələrdə “fəaliyyətlərinə”x9d xitam verilməli və bağlanılmalıdır. Məhz separatizmə dəstək verən iki ölkənin münaqişənin həllində formalaşmış qrupda tutacağı ədalətli mövqe sual altındadır. Minsk qrupunun üzvülərinin ölkəmizə səfəri çərçivəsində verdiyi bəyanatlar sadəcə, danışıqlara sadiq olmaq və atəşkəsə nail olmaqdan ibarət oldu. Bundan irəliyə gedəcək, ərazilərin tez bir zamanda işğalçı tərəfdən boşaldılması qeyd edilmədi, ciddi məsələnin müzkirəsi isə vurğulanmadı. Bununla, Mink qrupu işlərini “bitmiş”x9d hesab etmiş oldu. Bakıda keçirdiyi görüşlər və verdikləri bəyanat buna misaldır.

Ölkəmizə səfərə gələn Rusiya XİN rəhbəri Sergey Lavrovun münaqişənin həlli istiqamətində aparacağı danışıqlar aktual olacaq.və ardınca Rusiya Baş naziri Dimitri Medvedevin Yerevandan sonra Bakıya səfəri, Yerevanda apardığı müzakirələrin nəticəsi və münaqişənin həlli istiqamətində aparacağı danışıqlar Bakıdan gedəndən sonra aydın olacaq. Azərbaycanın atəşkəsi dayandırması, əlbəttə ətraf rayonların danışıqlar yolu ilə tez bir zamanda qaytarılmasını şərtləndirir. Hesab edirəm, Azərbaycan bunu ilkin şərt kimi vurğulayacaq. Və Rusiyanın münaqişənin həllində hansı istiqamətdə tutacağı mövqe Rusiyanın Cənubi Qafqaz siyasətində mühüm nöqtə olcaq. Hesab edirəm, Ermənistan vaxt uzatmaq naminə yenidən ətraf rayonları danışıqlar yolu ilə yenilənmiş “ Madrid prinsiplərinə”x9d uyğun irəlləyişə sadiq olmasa münaqişə yenidən alovlanmaq və Azərbaycanın güc yolu ilə status-kvonun ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan keçəcək. Azərbaycan ordusu öz hərbi gücünü düşmənə və onun havadarlarına sübut etdi.

Cənubi Qafqaz Təhlükəsizlik və sülh Mərkəzinin sədri Məhəmməd Əsədullazadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin