Xəbər verdiyimiz kimi ABŞ konqresmeni Kristofer Smit Konqresə Azərbaycan qarşı sanksiya tətpiqinə dair sənəd göndərib. Sənəddə ölkəmizə bir sıra sahələrdə qadağalar gündəmə gətirilib.
Marqlıdır sanksiyalar qəbul olunarsa Azərbaycan NATO münasibətlərinin aqibəti necə olacaq?
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Fərrux Məmmədov Moderator.az -a açıqlama verərək məsələyə münasibət bildirirb:
“ABŞ konqresi əgər 2016-cı ilin fevral ayında Azərbaycan məmurlarına sanksiya tətbiq edərsə bu bütünlükdə bəzi məsələlərin köklü şəkildə dəyişməsinə gətirib çıxaracaq. Bu qəbul olunan sanksiyanın hansı müstəvidə olmasından asılı olacaq. Əgər sanksiya yalnızca məmurlara qarşı tətbiq olunarsa o zaman dövlət ümumilikdə güclü bir ziyan görməyəcək, yox əgər sanksiya yalnızca məmurlara qarşı deyil iqtisadi proseslərlə də bağlı olacaqsa o zaman problemlərin mahiyyəti böyüyəcək. İlk öncə onu qeyd edim ki, qlobal layihələrdən və başlanılması nəzərdə tutulan layihələrdən kənarda qala bilərik. Bu bütünlükdə Azərbaycanın güvənsiz tərəfdaş olduğunu göstərəcək ki, bu da investorların ölkəyə gəlişini əngəlləyəcək. Bu sanksiya paketi siyasi olmaqla yanaşı ölkəyə ciddi iqtisadi zərbələr də vuracaq. Azərbaycanın təmsil olunduğu və tərəfdaş olduğu bir neçə beynəlxalq təşkilatda nüfuzun itirilməsiylə sonuclanacaq. Azərbaycan artıq iyirmi üç ildən çoxdur ki, NATO ilə tərəfdaşdır və bu proseslərdə zərərsiz ötüşməyəcək. Düşünsək ki, Azərbaycan tranzit ölkədir və Əfqanıstan məsələsində ciddi rol oynayır. Lakin Azərbaycanın hələ ki vaxtı var ki, bu prosesin yönünü dəyişdirsin. Bu nədir? Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir, qoşulduğu konvensiyalara hörmətlə yanaşmalıdır. Əks təqdirdə sanksiyalar Azərbaycanı beynəlxalq aləmdən təcrid edəcək. Bir önəmli nüans da ondan ibarətdir ki, NATO-nun demək olar ki Əfqanıstanda qoşunu cox az sayda mövcuddur və bu təqdirdə ölkəmizin yaxın gələcəkdə tranzit ölkə kimi önəmi də azalmış olacaq. Çünki digər tərəfdən İran daha az xərclərlə tranzit rolunu oynaya biləcəyi təklifini Amerikaya artıq təqdim edib. Bu baxımdan hökümət otuz gün içərisində düşünülmüş qərar verməlidir. Yoxsa proseslərin sonu hakimiyyət üçün ağır nəticələrə gətirib çıxaracaq.”x9d
































































































