Tbilisidə Saakaşvili dövrünün simvolu olan "Rike küpələri” adlı tikili sökülür.
Bizim.Media “AzPolitika”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan mediasında məlumat yayılıb.
Bu tikili Tbilisinin mərkəzində yerləşən Rike Parkındadır və Gürcüstan paytaxtının ən görkəmli binalarından biri kimi tanınır. Onu "borular" da adlandırırlar. Tikilidə Musiqili Teatr və Sərgi Zalı yerləşir.

Mixail Saakaşvilinin prezidentliyi dövründə tikilmiş və milyonlarla dollara başa gələn bu obyekt paytaxtın genişmiqyaslı yenilənməsinin bir hissəsi idi. Ölkənin əsas sərgi və mədəniyyət məkanlarından biri kimi düşünülən kompleks təxminən 15 il bağlı qalıb və indi Tiflisin xəritəsindən tamamilə yoxa çıxmaq üzrədir. Tikili hasara alınıb və işçilər binanın fasadından üzlük panellərini çıxarırlar. Rəsmi qurumların tikilinin sökülmə səbəbilə bağlı hər hansı açıqlamasına rast gəlinmir.
Məşhur italiyalı arxitektorlar Massimiliano və Doriana Fuksas, onların əsəri olan bu tikilinin sökülməsinə məyusluqlarını bildiriblər.
Bizim.Media































































































