Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ - VİDEO

Hazırda oxunan: Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ - VİDEO

628376

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolu ilə bağlı məsələnin mütləq həll olunacağını bildirib.

Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında dəmir yolu məsələsi müzakirə olunmasa da, İrəvanın mövqeyi dəyişməz olaraq qalır.

“Bu, bizim mülkiyyətimizdir və Ermənistan dəmir yolundan öz istədiyi kimi istifadə edə bilməlidir. Bu məsələnin alternativi yoxdur. O, mütləq həllini tapmalıdır”, – deyə Paşinyan vurğulayıb.
 

Baş nazir qeyd edib ki, Ermənistan bu problemi bütün hallarda sülh yolu ilə həll etməyə çalışır. Bununla belə, hüquqi fikir ayrılığı rəsmiləşdirilərsə, məsələ arbitraj məhkəməsinə çıxarıla bilər.


Xatırladaq ki, Paşinyan hələ bu ilin fevral ayında Rusiyanın Ermənistan dəmir yolunu idarə etməsinin ölkənin regional kommunikasiyaların açılması prosesində rəqabət üstünlüyünü azaltdığını bildirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin