İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

628375

İşğaldan azad edilmiş ərazilərdə indiyədək 11 min 256 nəfərin məşğulluğu təmin edilib.

Bizim.Media xəbər verir ki, məşğulluq tədbirləri çərçivəsində 907 nəfər özünüməşğulluq proqramı vasitəsilə dəstək alaraq şəxsi biznesini qurub.

Daha 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Proqram iştirakçıları dövlət dəstəyi sayəsində doğma yurdlarında öz işlərini qurduqlarını və fəaliyyətlərini uğurla inkişaf etdirdiklərini bildiriblər.

Qeyd olunub ki, həyata keçirilən məşğulluq proqramları işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlərin sosial rifahının yüksəldilməsi və iqtisadi fəallığının artırılmasına xidmət edir. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin