Dənizkənarı Milli Parkda dava salanlar HƏBS EDİLDİ

Hazırda oxunan: Dənizkənarı Milli Parkda dava salanlar HƏBS EDİLDİ

628382

Dənizkənarı Milli Parkın yeni salınmış hissəsində ictimai asayişi pozan 2 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Su İdmanı Sarayının yaxınlığında yerləşən “Yaban Pub”un qarşısında baş verib.

İctimai yerdə yüksək səslə söyüşlər söyən, digər vətəndaşların narahatlığına səbəb olan 1992-ci il təvəllüdlü S.Zeynalov və 1998-ci il təvəllüdlü M.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onların sərxoş olduğu, ictimai mənəviyyata zidd hərəkətlər etdiyi müəyyənləşib.

Barələrində inzibati protokol açılan şəxslər Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə S.Zeynalov 20, M.Musayev isə 15 sutka inzibati həbs edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin