Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovu diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə X.Fərhadov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Pakistanın Baş naziri Şahbaz Şərifə vida səfəri etmək mənim üçün böyük şərəf idi. Qardaş ölkələrimiz bütün əməkdaşlıq sahələrində strateji tərəfdaşlığı daim daha da yüksək səviyyəyə qaldıracaqlar", - diplomat yazıb.
It was distinct privilege to conduct farewell call on H.E. Mr. Muhammad Shehbaz Sharif @CMShehbaz Prime Minister of Pakistan. Our brotherly nations are destined to elevate their strategic partnership to even greater heights across all areas of cooperation.
— Khazar Farhadov (@k_farhadov) July 30, 2026
Dosti Zindabad!!! pic.twitter.com/CdEs3tqUi3
Bizim.Media
































































































