Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

Hazırda oxunan: Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

628220

Son illərdə kuryer və taksi sürücülərinin sayı xeyli artsa da, onların iş şəraiti ilə bağlı problemlər hələ də qalmaqdadır. Gün ərzində uzun saatlar işləyən bu insanlar çox vaxt dincəlmək, yemək yemək və ya sanitariya qovşağından istifadə etmək üçün uyğun məkan tapa bilmirlər.

Bəs kuryerlər və taksi sürücüləri üçün xüsusi istirahət məntəqələri yaradılıbmı? Əgər yaradılıbsa, onların sayı və yerləşməsi kifayət edirmi? 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, kuryerlərin fəaliyyəti Agentliyinin səlahiyyətinə aid deyil.

Qeyd edilib ki, taksi fəaliyyəti kommersiya fəaliyyətidir və öz sürücüləri üçün istirahət şəraitinin təşkili xidmət operatorlarının məsuliyyətidir.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin