Hörmüz boğazında iki tankerə HÜCUM EDİLDİ

Hazırda oxunan: Hörmüz boğazında iki tankerə HÜCUM EDİLDİ

626469

Yunanıstan şirkətlərinə məxsus iki neft tankeri Hörmüz boğazında hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hava zərbəsindən sonra Yunanıstanın "Dynacom Tankers" şirkətinə məxsus və Malta bayrağı altında üzən "Kavomaleas" gəmisində yanğın baş verib. Ekipaj təxliyə olunub.

İkinci tankerlə bağlı vəziyyət aydınlaşdırılır.

Daha əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Omanın Kuzmar ərazisindən şimalda "Kavomaleas"ın göyərtəsində yanğın baş verdiyi barədə məlumat verib.

Əldə olan məlumatlara görə, gəmi bir neçə ay ərzində Səudiyyə Ərəbistanı sahillərində olub, iyulun 2-də isə Hörmüz boğazından çıxıb. Bu zaman onun avtomatik identifikasiya sistemi (AIS) söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin