Papuaşvilidən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Papuaşvilidən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA

622430

Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərilən səylər böyük ümidlər vəd edir. Bu, bizim daha geniş regionumuz üçün daha böyük sabitlik və əməkdaşlıq perspektivləri yaradır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci plenar iclasında çıxışı zamanı Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, bu gün region ticarət, nəqliyyat, energetika və rəqəmsal bağlılıq mərkəzi kimi öz rolunu gücləndirmək üçün çox böyük potensiala malikdir:

"Əməkdaşlığı daha da möhkəmləndirmək üçün biz hazırkı dövrü təkcə mövcud çağırışlar deyil, həm də yeni imkanlar pəncərəsi baxımından dəyərləndirməliyik", — deyə spiker qeyd edib.

Ş.Papuaşvili həmçinin əlavə edib ki, bu ayın əvvəlində Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə istismara verilməsi qarşılıqlı faydalı əməkdaşlığın və regionun inkişafına verilən birgə töhfənin ən bariz nümunəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin