Ermənistanda şok gəlişmə: Robert Köçəryanın toxunulmazlığının ləğv edilməsi tələb olunur

Hazırda oxunan: Ermənistanda şok gəlişmə: Robert Köçəryanın toxunulmazlığının ləğv edilməsi tələb olunur

619648

Ermənistanda növbədənkənar seçkiqabağı gərginlik fonunda müxalifət liderlərinə qarşı hüquqi təqib dalğası yeni mərhələyə qədəm qoyub. Ölkənin Baş Prokurorluğu keçmiş dövlət başçısının həbsi və barəsində cinayət işinin açılması üçün hərəkətə keçib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti, "Ermənistan" blokunun lideri, Xocalı qatili Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi vəsatət təqdim edib.

Ermənistan mediasının yaydığı məlumata görə, prokurorluğun MSK-ya ünvanladığı müraciət yalnız eks-prezidentlə məhdudlaşmır.

Robert Köçəryandan başqa, seçkilərdə deputatlığa namizəd olan daha iki nəfərin — Asatur Köçəryan və Ruslan Barseqyanın da deputatlıq toxunulmazlığının ləğv edilməsi və barələrində cinayət təqibinin başladılması tələb olunur.
 

Hüquq-mühafizə orqanları vəsatətin hansı konkret cinayət işi və ya ittihamla bağlı qaldırıldığını hələlik rəsmən açıqlamayıb. Lakin müxalifət düşərgəsi və Robert Köçəryanın seçki qərargahı bu addımı hakimiyyətin siyasi qisası və seçki prosesinə birbaşa təzyiq cəhdi kimi qiymətləndirib.


Xatırladaq ki, bir qədər əvvəl hüquq-mühafizə orqanları Robert Köçəryanın "Zvartnos" hava limanından ölkəni tərk etməsinə də qadağa qoymuşdu. MSK-nın prokurorluğun bu vəsatətinə yaxın saatlarda baxacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin