Türkiyədə azərbaycanlı qadın saxlanıldı - Qayınatasını öldürüb?

Hazırda oxunan: Türkiyədə azərbaycanlı qadın saxlanıldı - Qayınatasını öldürüb?

619570

Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü iddia edilən azərbaycanlı gəlin saxlanılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.
 

Belə ki, Artovanın Ağmusa kəndində yaşayan Azərbaycan vətəndaşı 52 yaşlı K.V. və qayınatası 88 yaşlı Mustafa Cici arasında naməlum səbəbdən mübahisə yaranıb. Davaya çevrilən mübahisə nəticəsində gəlin M.Cicini döyərək yerə yıxıb.


Zərbələr alan yaşlı kişi təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin