ABŞ, Fransa və Yunanıstan Ermənistanda "Eagle Partner-2026" ("Qartal tərəfdaş-2026") birgə hərbi təlimlərini keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin "Telegram" kanalındakı press-relizində məlumat verilib.
Qurumun məlumatına görə, təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində iyunun 17-dən 25-dək keçiriləcək. Təlimlərə dörd ölkədən hərbi qulluqçular cəlb olunacaq.
Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasından 250 nəfər, ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunları və Kanzas Milli Qvardiyasından 58 iştirakçı, həmçinin Fransa (24 nəfər) və Yunanıstan (11 nəfər) silahlı qüvvələrinin hərbçiləri qatılacaq.
Təlimlərin məqsədi beynəlxalq missiyalarda bölmələrin qarşılıqlı fəaliyyətini artırmaq, idarəetmə və taktik rabitə sahəsində təcrübə mübadiləsi aparmaq, həmçinin Ermənistan sülhməramlı kontingentinin hazırlığını gücləndirməkdir.
Bizim.Media







































































































