Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

Hazırda oxunan: Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

619264

Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədə böyük rezonans doğuran ağır cinayətin üstünü "isti izlərlə" açıb. Xaşuri bələdiyyəsi ərazisində iki nəfərin ölümü ilə nəticələnən silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə köhnə münaqişə zəminində baş verib.
 

İstintaqın ilkin məlumatlarına görə, əvvəllər də məhkum olunmuş şəxs aralarında olan köhnə bir mübahisə səbəbindən tanışları ilə qarşıdurmaya yaşayıb. Münaqişə qısa müddətdə böyüyüb və həmin şəxs odlu silahdan atəş açaraq iki nəfəri qətlə yetirib.


Cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddət ərzində müəyyən edilərək saxlanılıb və hadisədə istifadə olunan qatil silahı maddi sübut kimi polis tərəfindən müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb. Bu maddə ilə təqsirləndirilən şəxsi 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin