Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra ölkədə daxili siyasi gərginlik yeni müstəviyə keçib.
Baş nazir Nikol Paşinyan öz tərəfdarları qarşısında çıxış edərək revanşist qüvvələrə və müxalifətə qarşı olduqca sərt və barışmaz bəyanatlarla çıxış edib.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, hökumət başçısı ölkədəki müxalif qruplaşmaları "üçbaşlı müharibə partiyası" adlandırıb və onlara qarşı amansız mübarizə anonsu verib.
Nikol Paşinyan yaxın gələcəkdə daxili siyasətin əsas hədəfini belə bəyan edib:
"Yaxın gələcəkdə bizim əsas siyasi gündəmimiz o üçbaşlı müharibə partiyasını sözün əsl mənasında öz resurslarından məhrum etməkdən başqa bir şey ola bilməz. Onları elə bir vəziyyətə çatdırmaq, elə bir ehtiyac içinə salmaq lazımdır ki, bir daha ağıllarına belə seçki rüşvəti paylamaq fikri gəlməsin. Bizim əsas siyasi xəttimiz məhz budur".
Baş nazir 2018-ci ildə hakimiyyətə gəldiyi dinc mübarizə metodlarının artıq geridə qaldığına işarə edib:
"Məhz bu mənada, bəyan edirəm ki, bizim inqilabımız artıq “məxməri” qala bilməz. Xalq bizə qanunun aliliyini və diktaturasını bərpa etmək üçün mandat verib. Biz bu mandatdan tam istifadə edəcəyik və dövlətə qarşı çıxanlara qarşı heç bir güzəşt olmayacaq".
Siyasi ekspertlər Paşinyanın bu çıxışını ölkədə müxalif yönümlü oliqarxlara, keçmiş hakimiyyət nümayəndələrinə və müxalif bloklara qarşı genişmiqyaslı həbslər və maliyyə sanksiyaları dalğasının — "polad inqilabı" bərqərar etmək cəhdinin başlanğıcı kimi qiymətləndirirlər.
Bizim.Media

- A-
- A
- A+
Region
16:36 / 14.06.2026
Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO
Hazırda oxunan: Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO
Hazırda oxunan: Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO
619249
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































