Bu gün İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi ölkənin müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı təhlükəsizlik əməliyyatları nəticəsində bir neçə qrupun zərərsizləşdirildiyini və ümumilikdə 120-dən çox şəxsin saxlanıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, əməliyyatlar zamanı terror fəaliyyəti ilə əlaqəli olduğu iddia edilən qruplar dağıdılıb, “xarici casusların kiber fəaliyyəti”nin qarşısı alınıb.
İran rəsmiləri saxlanılan şəxslərin ABŞ və İsrail kəşfiyyat xidmətlərinin koordinasiyası altında fəaliyyət göstərdiyini iddia edirlər.
Eyni zamanda, Tehranda təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində “küçə etirazlarının qruplaşması” adlandırılan qrupun 126 üzvünün saxlanıldığı açıqlanıb.
Sistan və Bəluçistanda keçirilən ayrıca əməliyyat zamanı isə dörd silahlı şəxsin saxlanıldığı, onlardan silah və sursat götürüldüyü bildirilib. (Tasnim News)
Bizim.Media

- A-
- A
- A+
Region
16:03 / 14.06.2026
İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU
Hazırda oxunan: İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU
Hazırda oxunan: İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU
619245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































