Ermənistanın Gümrü şəhərində yerləşən "Ana Ermənistan" memorial kompleksinə qarşı vandalizm aktı törədilib. Abidənin üzərindəki qızılı rəngli hərfləri qopararaq dövlət mülkiyyətinə ziyan vuran şəxs polis tərəfindən saxlanılıb.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində tarixi abidəyə zərər vurmaqda şübhəli bilinən 41 yaşlı kişi saxlanılaraq istintaqa cəlb olunub.
Hazırda faktla bağlı cinayət işi açılıb, hadisənin hansı məqsədlə törədildiyi və vurulmuş maddi ziyanın dəqiq həcmi araşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Region
14:10 / 14.06.2026
Ermənistanda memorial kompleksə zərər vuran şəxs saxlanıldı - VİDEO
Hazırda oxunan: Ermənistanda memorial kompleksə zərər vuran şəxs saxlanıldı - VİDEO
Hazırda oxunan: Ermənistanda memorial kompleksə zərər vuran şəxs saxlanıldı - VİDEO
619228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































