Ermənistandakı seçkilərin yekun nəticələri BU TARİXDƏ açıqlanacaq

Hazırda oxunan: Ermənistandakı seçkilərin yekun nəticələri BU TARİXDƏ açıqlanacaq

619105

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin yekun nəticələrini iyunun 14-də, Bakı və İrəvan vaxtı ilə saat 18:00-da elan edəcək

Bizim.Media “ura.news”a istinadla xəbər verir ki, bu barədə komissiyanın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Hörmətli həmkarlar, iyunun 14-də saat 18:00-da Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini rəsmiləşdirəcək", - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, parlament seçkiləri iyunun 7-də keçirilib və deputatlar beş il müddətinə seçilir.

Ermənistandakı seçkilərdə Avropa İttifaqına daxil olmağın tərəfdarı kimi çıxış edən Baş nazir Nikol Paşinyanın partiyası hökuməti təkbaşına formalaşdırmaq üçün daxili qanunvericiliklə tələb olunan 50%-dən çox səs faizini toplaya bilməyib.

Paşinyanın partiyasından başqa, parlamentə sahibkar Samvel Karapetyanın "Güclü Ermənistan" bloku (23,28% səs) və eks-prezident Robert Koçaryanın "Ermənistan" ittifaqı (9,93% səs) daxil olmağı bacarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin