Paşinyan müxalifətə bəraət verən məhkəmələri hədələdi

Hazırda oxunan: Paşinyan müxalifətə bəraət verən məhkəmələri hədələdi

618672

Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin məhkəmə və hüquq-mühafizə sisteminə ciddi etirazları var.

Bizim.Media xəbər verir ki, iyunun 11-də keçirilən brifinqdə növbəti dəfə narazılığını dilə gətirən hökumət başçısının qəzəbinə bu dəfə keçirilən seçkilər səbəb olub.

Baş nazirin sözlərinə görə, əgər cinayətkarlar (müxalifət liderləri nəzərdə tutulur – red.) küçələrdə sərbəst gəzir və cinayət törətməyə davam edirlərsə, hüquq sistemi cəmiyyətə hesabat verməlidir ki, xalq bu sistemi niyə maliyyələşdirir:

"Üçbaşlı müharibə partiyası rüşvət olmadan (seçki) baryerini keçə bilməzdi. Məhkəmə-hüquq sistemi məsuliyyət daşıyır ki, niyə əvvəlki seçkilərdə seçiciləri satın alanlar hələ də həbsxanada deyillər".

Paşinyan əmindir ki, onun rəhbərlik etdiyi "Mülki Müqavilə" Partiyası 100 faiz təmiz səs topladığı halda, digərləri səsləri tamamilə rüşvət hesabına qazanıb:

"Pul olmasaydı, onlara heç kim səs verməzdi. Pozuntular nəticəyə təsir etdi, çünki onlar baryeri keçməməli idilər. Əgər mandatdan imtina etsələr, hər halda legitim parlament olar. Yoxsa tribunada pul kisələri oturacaq".

Məhkəmə sistemini korrupsiyada ittiham edən Baş nazir müxalifətin növbəti seçkilərə qədər həbs olunmasını tələb edib:

"Sistem cavab verməlidir. 2031-ci ildəki növbəti seçkilərdə səslərin hesablanması başa çatana qədər onlar (müxalifət) həbsdə olmalıdırlar, əks halda belə çıxır ki, məhkəmə-hüquq sistemi Ermənistana qarşı fəaliyyət göstərir. Mafiyanın kökünü kəsmək lazımdır. Seçiciləri satın almaqda ittiham olunan Qaqik Çarukyana bəraət vermək nə deməkdir?".

Bu çıxışının məhkəmələrə təzyiq olub-olmaması ilə bağlı suala cavab verən Paşinyan bildirib ki, o, səbri tükənməkdə olan cəmiyyətin legitim nümayəndəsi kimi danışır:

"Mən buna icazə verməyəcəyəm. Qoy hamı nə işlə məşğul olduğu barədə hesabat versin. Bütün rüşvətxor hakimlər yaxalanacaq və məhkum ediləcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin