Simonyandan Rusiyaya “badımcan və xiyar” cavabı

Hazırda oxunan: Simonyandan Rusiyaya “badımcan və xiyar” cavabı

618491

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkədə keçirilən parlament seçkilərindən sonra Rusiyanın İrəvana qarşı tətbiq edə biləcəyi mümkün iqtisadi embarqolar və kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə qadağa qoyulması (Yuxarı Lars keçid məntəqəsinin bağlanması) ehtimalları barədə jurnalistlərin suallarını cavablandırıb.

Bizim.Media Ermənistan KİV-ə istinadla xəbər verir ki, spiker rəsmi Moskvaya meydan oxuyaraq, ölkəsinin suverenliyinin hər hansı ticarət maraqlarından üstün olduğunu vurğulayıb.

Alen Simonyan Ermənistanın müstəqillik xəttini müdafiə edərək mətbuata bu sensasion fikirləri səsləndirib:

"Bizim üçün Ermənistanın müstəqilliyi və suverenliyi mütləq dəyərdir. Azadlığın və ölkəmizin suverenliyinin qiyməti çiyələk, badımcan və ya xiyar ilə ölçülə bilməz. Əgər Rusiya bizim siyasi seçimimizə görə iqtisadi sanksiyalar tətbiq etmək və ya Yuxarı Lars keçid məntəqəsini bağlamaq barədə qərar qəbul edəcəksə, bu, yalnız bizim doğru qərar verdiyimizi bir daha sübut edəcək".

Qeyd edək ki, siyasi ekspertlər spikerin bu bəyanatını İrəvanın Moskvadan tamamilə qopmaq və Qərbə inteqrasiya etmək istiqamətində götürdüyü kursun geri dönməz olduğunu nümayiş etdirmək cəhdi kimi qiymətləndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin