43 min rusiyalıya Şengen vizası verilmədi – Rəsmi rəqəmlər açıqlandı

Hazırda oxunan: 43 min rusiyalıya Şengen vizası verilmədi – Rəsmi rəqəmlər açıqlandı

618391

2025-ci ildə təxminən 43 min Rusiya vətəndaşı Avropa ölkələrinə səyahət etmək üçün Şengen vizası almaq istəyərkən imtina cavabı alıb.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) Avropa Komissiyasının rəsmi statistikasına istinadən hesabat yayıb.

Məlumata görə, imtina alan şəxslərin maliyyə itkiləri kifayət qədər böyük olub. Rusiyalılar təkcə konsulluq rüsumlarında təxminən 3,6–3,7 milyon avro itiriblər. Viza mərkəzlərinin xidmət haqları da bura əlavə edildikdə, vətəndaşların ümumi maliyyə itkisi 4,5 milyon avronu ötüb.

Avropa Komissiyasının hesabatında diqqətçəkən digər məqamlar isə aşağıdakılardır:

2025-ci ildə Şengen sazişi ölkələrinin konsulluqları Rusiya vətəndaşlarından daxil olan 679,4 min müraciətə baxıb. Bu, 2024-cü illə (606,6 min) müqayisədə 12% çoxdur.

Maraqlıdır ki, rusiyalılar üçün Şengen vizasından imtina payı ardıcıl olaraq üçüncü ildir ki, azalır. İmtina nisbəti 2023-cü ildə 10,6%, 2024-cü ildə 7,5% olduğu halda, 2025-ci ildə bu rəqəm 6,3%-ə qədər geriləyib. Ümumilikdə müraciət edənlərdən 618,8 min nəfər müsbət cavab alıb.

Assosiasiyadan onu da bildiriblər ki, rusiyalıların imtina statistikası digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır.

Belə ki, dünyada Şengen vizasından ən çox imtina alan ölkələrin siyahısına Banqladeş (54,5%), Seneqal (51,9%) və Nigeriya (47,8%) başçılıq edir. İlk beşlikdə həmçinin Pakistan (46%) və Anqola (45,4%) yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin