Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən İrəvan hakimiyyətini kəskin tənqid edib.
Bizim.Media xəbər verir ki, "Sputnik" radiosunun efirində danışan Rusiya rəsmisi seçki prosesinin demokratik prinsiplərə zidd rəftar və kənar müdaxilələrlə müşayiət olunduğunu bildirib.
Zaxarovanın sözlərinə görə, Ermənistandakı parlament seçkiləri hakimiyyət orqanları tərəfindən müxalifətə qarşı "görünməmiş təzyiq və repressiyalar" şəraitində baş tutub. XİN rəsmisi həmçinin vurğulayıb ki, seçki kampaniyası və səsvermə prosesi Qərb ölkələrinin, xüsusilə də Avropa İttifaqının (Aİ) "görülməmiş müdaxiləsi" fonunda keçib.
Moskva hesab edir ki, İrəvanın bu addımları azad və ədalətli seçki prosedurlarının kobud şəkildə pozulması deməkdir. Rusiya tərəfi Ermənistan cəmiyyətində ciddi qütbləşmənin yarandığını və müxalif qüvvələrin sıxışdırılmasının ölkəni daha böyük daxili sarsıntılara apara biləcəyini xəbərdar edib.
Bizim.Media


































































































