Ermənistan ilə Amerika Birləşmiş Ştatları arasında "TRIPP" layihəsi üzrə imzalanmış sazişin ratifikasiyası (təsdiqlənməsi) prosedurunu mümkün qədər tez bir zamanda təmin etmək lazımdır.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün keçirilən müşavirə zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan danışıb.
İclasda həmçinin Axurik – Gümrü dəmir yolu sahəsinin layihələndirilməsi və bərpası üçün elan edilmiş tender, su anbarı layihələri, Yerasx (Arazdəyən) sahəsindəki dəmir yolu stansiyasının təmiri, "Şimal – Cənub" avtomagistralının tikintisi, eləcə də yaxın vaxtlarda Qacaran tunelinin inşasına başlanılması ilə bağlı məsələlərə toxunulub.
Qeyd olunub ki, Qacaran layihəsinin ardınca fransız tərəfdaşlarla razılığı əldə olunmuş Barquşat tunelinin tikintisinə start veriləcək.
"Bizim maliyyə imkanlarımızla bağlı heç bir narahatlığım yoxdur, çünki yaxın gələcəkdə Ermənistanda yüksək investisiya fəallığının olacağı aşkar və şəksizdir. 'TRIPP' layihəsi özlüyündə milyardlıq bir proqramdır və o, ölkəyə yeni milyardların axınına rəvac verəcək. Bu məsələdə biz daha əmin olmalıyıq. Bununla belə, ötən dövrün təcrübəsi bizə nəyi göstərdi? Onu göstərdi ki, pul əsas deyil, əsas məzmundur. Yəni bizə lazım olan məzmun müəyyən edildikdə, pul məsələsi həmişə həll olunandır", – deyə hökumət başçısı vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Region
17:38 / 09.06.2026
Paşinyandan "TRIPP" bəyanatı: Ölkəyə yeni milyardların axınına rəvac verəcək
Hazırda oxunan: Paşinyandan "TRIPP" bəyanatı: Ölkəyə yeni milyardların axınına rəvac verəcək
Hazırda oxunan: Paşinyandan "TRIPP" bəyanatı: Ölkəyə yeni milyardların axınına rəvac verəcək
618258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































