Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası parlament seçkilərində səslərin 56,7%-ni toplayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "exit-poll" nəticələrinə istinadən "Civic News" internet resursu məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda 7,5 milyonluq seçki rüşvətverməsi: 7 nəfər saxlanılıb
Resursun məlumatına görə, erməni əsilli Rusiya iş adamı, "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası 17,5% toplayıb.
Qeyd olunur ki, bu rəqəmlər seçki məntəqələrində aparılmış sorğuların nəticələridir və rəsmi yekun nəticələr deyil.
Bizim.Media


































































































