Ermənistanda parlament seçkiləri: Saat 17:00-a olan seçici fəallığı - 49%

Hazırda oxunan: Ermənistanda parlament seçkiləri: Saat 17:00-a olan seçici fəallığı - 49%

617787

İrəvan vaxtı ilə saat 17:00-a, yəni səsvermənin başa çatmasına 3 saat qalmış Ermənistanda növbədənkənar parlament seçkilərində seçici fəallığı 48,92% təşkil edib.

Bizim.Media bu barədə Ermənistan KİV-nə istinadla xəbər verir.

Ölkənin Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, bu saata qədər 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si səsvermə qutularına yaxınlaşıb.
 

Beləliklə, seçici fəallığı əvvəlki seçkilərlə müqayisədə təxminən 11% yüksəkdir. 5 il əvvəl keçirilən parlament seçkilərində isə saat 17:00-a qədər seçicilərin yalnız 38,17%-i (989 972 seçici) səs vermişdi.


Seçicilərin üçdə birindən çoxunun yaşadığı Ermənistanın paytaxtı İrəvanda fəallıq 48,52% (412 168) təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin