Levon Zurabyan: "Supergüclərin Ermənistan ərazisindəki müharibəsi ölkəni xarabalığa çevirəcək"

Hazırda oxunan: Levon Zurabyan: "Supergüclərin Ermənistan ərazisindəki müharibəsi ölkəni xarabalığa çevirəcək"

617742

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni Milli Konqresi" partiyasının baş nazirliyə namizədi Levon Zurabyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə bəyanatla çıxış edib.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, Zurabyan ölkənin gələcək xarici siyasi kursu ilə bağlı ciddi xəbərdarlıqlar edib:

"Mən bu gün ölkədə yürüdülən ağılsız kursun ağlabatan və rasional kursla əvəzlənməsi üçün səs verdim. Səs verdim ki, supergüclər Ermənistan ərazisində bir-biri ilə müharibə etməsinlər və ölkəmizi xarabalığa çevirməsinlər. Əgər onlar rəqabət aparırlarsa, qoy bunu müharibə ilə deyil, investisiyalar vasitəsilə etsinlər".

Siyasətçi Ermənistanın regiondakı geoiqtisadi roluna da toxunaraq qeyd edib ki, ölkə münaqişə zonası deyil, körpü rolunu oynamalıdır:

"Ermənistan yalnız Şərqlə Qərbi deyil, həm də Şimalla Cənubu bir-birinə bağlayan mühüm bir tranzit qovşağına çevrilməlidir. Bizim gələcəyimiz məhz bu ağlabatan xarici siyasətdən asılıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin