Ermənistan MSK seçki məntəqələrində qeydə alınan ilk problemləri açıqladı

Hazırda oxunan: Ermənistan MSK seçki məntəqələrində qeydə alınan ilk problemləri açıqladı

617694

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səsvermə prosesi zamanı texniki xarakterli bəzi problemlərin aşkar edildiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Ermənistan MSK-nın sədri Vahaqn Ovakimyan keçirdiyi mətbuat konfransında bildirib ki, bir sıra seçki məntəqələrindən texniki nasazlıqlarla bağlı siqnallar daxil olub. Onun sözlərinə görə, əsas problem vətəndaşın seçki nömrəsinin siyahının çap olunmuş versiyası ilə rəqəmsal (elektron) versiyası arasında uyğun gəlməməsidir.
 

"Belə halların qeydə alındığı bütün məntəqələrə müvafiq təlimat verilib ki, seçici siyahıda öz adının qarşısında imza atsın və səsvermə hüququndan istifadə edə bilsin", — deyə Ovakimyan qeyd edib.


MSK sədri həmçinin əlavə edib ki, ölkə üzrə fəaliyyət göstərən 2005 seçki məntəqəsindən 48-də komissiya üzvlərinin gəlməməsi faktı qeydə alınıb (ümumilikdə 50 nəfər komissiya üzvü məntəqədə olmayıb).

Xatırladaq ki, iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri start götürüb. Seçkilərdə 18 siyasi qüvvə — 16 partiya və 2 partiya bloku mübarizə aparır. Onların arasında Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası, Robert Köçəryanın rəhbərlik etdiyi müxalif "Ermənistan" bloku və Narek Karapetyanın lideri olduğu "Güclü Ermənistan" bloku da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin