Ermənistanda seçkilər: Bu məntəqədə səsvermə prosesi tamamilə dayanıb - VİDEO

Hazırda oxunan: Ermənistanda seçkilər: Bu məntəqədə səsvermə prosesi tamamilə dayanıb - VİDEO

617683

Ermənistanda keçirilən parlament seçkiləri zamanı 9/51 saylı seçki məntəqəsində səsvermə prosesi tamamilə dayanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azatutyun" (Azadlıq Radiosu) məlumat yayıb.
 

Məntəqədə quraşdırılmış hər 3 xüsusi texniki cihazın verdiyi qeydiyyat talonlarındakı rəqəmlər seçici jurnalındakı rəqəmlərlə uyğun gəlmir. Bu texniki xəta səbəbindən səsvermə prosesi iflic vəziyyətinə düşüb.


Hazırda seçki məntəqəsində seçici sıxlığı yaranıb. Məntəqəyə gələn vətəndaşlar saatlarla gözləmək məcburiyyətində qaldıqları üçün kəskin etirazlarını bildirirlər. Seçicilər "Belə olmaz" deyərək komissiya üzvlərindən problemin təcili həll edilməsini tələb edirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin