Türkiyəli jurnalist İrəvanın mərkəzində Paşinyanın "Real Ermənistan" nişanını nümayiş etdirdi - VİDEO

Hazırda oxunan: Türkiyəli jurnalist İrəvanın mərkəzində Paşinyanın "Real Ermənistan" nişanını nümayiş etdirdi - VİDEO

617650

Türkiyəli jurnalist Serdar Korucu Ermənistanın paytaxtı İrəvanın mərkəzində diqqətçəkən addımı ilə gündəmə gəlib. O, şəhər mərkəzində baş nazir Nikol Paşinyanın son dövrlər irəli sürdüyü ideoloji konsepsiyanı simvol edən və xalq arasında "Nikolun beyci" kimi tanınan "Real Ermənistan" (Həqiqi Ermənistan) nişanını türklərə nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat və fotoşəkillər sosial şəbəkələrdə və regional media resurslarında yayılıb.

Məlumata görə, jurnalistin nümayiş etdirdiyi bu atribut Nikol Paşinyanın "Tarixi Ermənistan" xəyallarından imtina edib mövcud dövlət sərhədləri daxilində "Real Ermənistan"ın qurulması siyasətini və delimitasiya prosesini simvolizə edir.

Sözügedən nişan Ermənistanın hakim siyasi qüvvələri tərəfindən yeni dövlət ideologiyasının təbliği məqsədilə fəal şəkildə istifadə olunur.

Türkiyəli jurnalistin İrəvanda bu nişanla çəkdirdiyi fotolar xüsusilə Ermənistanın müxalifət dairələrində və sosial şəbəkə istifadəçiləri arasında ciddi müzakirələrə və narazılığa səbəb olub. Müxalif yönümlü resurslar bu hadisəni Paşinyan hökumətinin xarici siyasət kursunun növbəti göstəricisi kimi tənqid atəşinə tutublar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin