Bodrumda DƏHŞƏT: Oğul atasının meyiti ilə eyni evdə yaşadı – FOTO

Hazırda oxunan: Bodrumda DƏHŞƏT: Oğul atasının meyiti ilə eyni evdə yaşadı – FOTO

617521

Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində 65 yaşlı Veysel Bek evində ölü vəziyyətdə tapılıb.

Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, qonşular bir neçə gündür Veysel Beki görməməsi və evdən xoşagəlməz qoxu gəlməsi səbəbilə 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.
 

Bunun əsasında ünvana sağlamlıq və polis qrupları göndərilib. Əraziyə gələn əməkdaşlar Veysel Bekin təxminən 2 gün əvvəl həyatını itirdiyini müəyyən ediblər.


Əqli qüsurlu olduğu iddia edilən oğlu A.B.-nin isə atasının cansız bədəni ilə iki gün eyni evdə yaşadığı bəlli olub.

Hadisə ilə bağlı araşdırma aparılır.













Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin