Putinlə Si Cinpinin görüşündə nələr müzakirə olundu? - VİDEO

Hazırda oxunan: Putinlə Si Cinpinin görüşündə nələr müzakirə olundu? - VİDEO

614318

Rusiya Prezidenti Vladimir Putin Moskva və Pekin arasındakı əlaqələri bu gün ölkələr və xalqlar arasında münasibətlərin necə qurulmalı olduğuna dair bir örnək kimi qiymətləndirib.

Bizim.Media xəbər verir ki, Rusiya rəhbəri Çin lideri Si Cinpin danışıqların səmimi, yoldaşlıq və konstruktiv atmosferdə keçdiyini vurğulayıb.

Rusiya Prezidentinin bəyanatlarından irəli gələn digər mühüm məqamlar aşağıdakılardır:

Dayanıqlı ticarət sistemi: Rusiya və Çin qlobal bazarlardakı neqativ meyillərdən qorunan davamlı qarşılıqlı ticarət sistemi formalaşdırıblar.

Milli valyutalarla hesablaşma: Tərəflər ticarət dövriyyəsinin rubl və yuana keçirilməsi istiqamətində öz yanaşmalarını uğurla koordinasiya edirlər.

Enerji təhlükəsizliyi: Rusiya Çinə enerji resurslarının fasiləsiz tədarükünü bundan sonra da təmin etməyə hazırdır.

Nüvə enerjisi sahəsində əməkdaşlıq: Rusiya Çindəki Atom Elektrik Stansiyasında (AES) enerji bloklarının tikintisini başa çatdırmaq üzrədir.

Qlobal sabitlik: Rusiya və Çin tandemi beynəlxalq arenada sabitləşdirici rol oynayır.

Vizasız rejim: Vladimir Putin iki ölkə arasında tətbiq olunan vizasız rejimin müsbət nəticələr verdiyini xüsusi qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin