Kartdan-karta edilən ödənişlərə nəzarət gücləndirilir - VİDEO

Hazırda oxunan: Kartdan-karta edilən ödənişlərə nəzarət gücləndirilir - VİDEO

614231

Azərbaycanda kartdan-karta köçürmələrin həcmi yüksək həddə çatıb.

Bəs, obyekt və satış müəssisələrində belə ödəniş üsullarına nəzarət mexanizmi necədir?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin rəsmisi "Xəzər Xəbər”ə danışıb. Qurumun idarə rəisinin müavini Günel Bəhramqızı bildirib ki, bu hallar monitorinq və operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur.

Vergi Xidmətinin əməkdaşı kartdan-karta ödəniş aşkarlandığı təqdirdə tətbiq olunan cərimə məbləğindən də danışıb.
 

Qurum vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan-karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır.


Eyni zamanda, sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin