Paşinyan: “Cevdet Yılmaz Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir”

Hazırda oxunan: Paşinyan: “Cevdet Yılmaz Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir”

611071

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə vitse-prezidenti Cevdet Yılmazın İrəvana səfərini tarixi hadisə adlandırıb.

Bizim.Media xəbər verir ki, Paşinyan bunu Avropa Siyasi Birliyinin VIII sammiti çərçivəsində çıxışı zamanı deyib.
 

“Bu sammitlər zamanı mənimlə çox şey baş verib və indi də baş verir. İlk dəfə Türkiyə Prezidenti ilə ikitərəfli görüşüm Avropa Siyasi Birliyinin Praqada keçirilən ilk sammiti çərçivəsində baş tutmuşdu. İndi isə burada, İrəvanda Türkiyənin vitse-prezidenti var. O, Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir”, - deyə Paşinyan bildirib.


Ermənistan Baş naziri qeyd edib ki, Şimali Makedoniya, Bosniya və Herseqovina prezidentləri, Avropa Şurasının sədri, həmçinin Böyük Britaniya, İtaliya, İspaniya, Xorvatiya, İrlandiya, Andorra, Finlandiya, Estoniya, Lüksemburq, Norveç, Sloveniya, Kosovo və Lixtenşteynin baş nazirləri də ilk dəfə Ermənistana səfər edirlər.

Paşinyanın sözlərinə görə, bu, sammiti Ermənistan üçün tarixi edən daha bir səbəbdir.

O əlavə edib ki, Avropa miqyasında belə böyük tədbir Ermənistanda ilk dəfə keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin