Paşinyan: “Ümid edirəm ki, 2028-ci ildə Azərbaycana səfər etmək imkanım olacaq”

Hazırda oxunan: Paşinyan: “Ümid edirəm ki, 2028-ci ildə Azərbaycana səfər etmək imkanım olacaq”

611046

Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə Azərbaycana səfər etmək imkanının olacağına ümid etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Paşinyan bunu mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitinin plenar iclasında çıxışı zamanı deyib.

“Ümid edirəm ki, Avropa Siyasi Birliyinin sammitinin keçiriləcəyi 2028-ci ildə Azərbaycana səfər etmək imkanım olacaq”, - deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyan xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə Ermənistanda keçirilən tədbirdə iştirak edir. O qeyd edib ki, Azərbaycan lideri sammitə məsafədən qoşulub.

Ermənistanın Baş naziri əlavə edib ki, Ermənistan və Azərbaycan Avropa Siyasi Birliyinin sammitlərinə ev sahibliyi məsələsində bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyiblər.

Paşinyan həmçinin Türkiyə Prezidenti ilə ilk görüşünün Avropa Siyasi Birliyinin Praqada keçirilən birinci sammiti çərçivəsində baş tutduğunu xatırladıb.

Onun sözlərinə görə, bu gün Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda keçirilən sammitdə iştirak edir.

Paşinyan bildirib ki, bu, Türkiyə vitse-prezidentinin Ermənistana ilk səfəridir.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin VIII sammiti bu gün İrəvanda keçirilir.

Sammit “Gələcəyi qururuq: Avropada birlik və dayanıqlılıq” devizi altında təşkil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin