Tbilisi Polis Departamentinin İsanı-Samqori Baş İdarəsinin əməkdaşları odlu silah və narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə Azərbaycan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü R.M.-ni saxlayıblar.
Bizim.Media Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun bildirdiyinə görə, polis təqsirləndirilən şəxsin müvəqqəti yaşadığı evdə aparılan axtarış zamanı maddi sübut kimi odlu silah tipli tapançalar, döyüş patronları və daraqlar götürüb.
Hüquq-mühafizə orqanları tərəfindən həmçinin marixuana və psixoaktiv maddə olan "bio" da müsadirə edilib.
"İstintaq Cinayət Məcəlləsinin 236 və 260-cı maddələri ilə aparılır ki, bu da 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", - deyə məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Region
18:22 / 03.05.2026
Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı
Hazırda oxunan: Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı
Hazırda oxunan: Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı
610929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































