Türkiyədən Rusiya vətəndaşları ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

Hazırda oxunan: Türkiyədən Rusiya vətəndaşları ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

610157

Türkiyə hakimiyyəti rusiyalılar üçün yaşayış icazəsinin rəsmiləşdirilməsi qiymətini bir neçə dəfə artırıb.

Bizim.Media xəbər verir ki, bu barədə RIA Novosti hüquqşünaslara istinadən məlumat yayıb.

Artıq Türkiyədə rusiyalı yetkin şəxs üçün ikiillik yaşayış icazəsinin rəsmiləşdirilməsi təxminən 1300 dollara başa gəlir. Əvvəllər bu məbləğ təxminən 9 dəfə az — 144 dollar idi.

Türkiyə Miqrasiya İdarəsi yanında əcnəbilərə dəstək xidmətində qiymət artımının səbəbləri izah edilməyib. Qurumdan yalnız bildirilib ki, məbləğə vətəndaşlıq, yaş və yaşayış icazəsinin növü kimi amillər təsir edir.
 

Birillik turist yaşayış icazəsinin rəsmiləşdirilməsi də bahalaşıb. Əvvəllər 44 dollar olan bu xidmətin qiyməti indi 620 dollara yüksəlib. Yetkinlik yaşına çatmayanlar üçün yaşayış icazəsinin qiyməti isə 637 dollar təşkil edir.


Agentliyin mənbələri bildiriblər ki, yeni məbləğlər rusiyalıların təqdim etdiyi anketlərdə artıq əks olunub. Rüsumun tərkibinə yaşayış icazəsi üçün dövlət yığımı və kartın hazırlanması haqqı daxildir. Kartın hazırlanma qiyməti də artıb və hələ yanvar ayında 40 dolları keçib.

Qeyd edək ki, daha əvvəl mart ayında Almaniya banklarının rusiyalıların hesablarını təcili şəkildə bağlamağa başladığı bildirilmişdi. Bu, xüsusilə qısa müddətdə qüvvədə olan yaşayış icazəsi təqdim edə bilməyən şəxslərə aid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin