Putin Müctəba Xameneinin mesajına görə TƏŞƏKKÜR ETDİ - Əraqçi ilə görüşdə...

Hazırda oxunan: Putin Müctəba Xameneinin mesajına görə TƏŞƏKKÜR ETDİ - Əraqçi ilə görüşdə...

609710

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Bizim.Media Rusiya KİV-nə istinadla xəbər verir ki, Sankt-Peterburqda keçirilən görüşdə Putin ötən həftə İranın Ali Rəhbəri Müctəba Xameneidən mesaj aldığını bildirib.
 

Yeltsin adına Prezident Kitabxanasının Petrovski zalında keçirilən görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak ediblər.


Putin bildirib ki, Moskva Tehranla strateji münasibətlərin inkişafını davam etdirmək niyyətindədir.

“Buna görə (İranın Ali Rəhbəri Müctəba Xamenei tərəfindən göndərilən mesaja görə) ən səmimi təşəkkürümü çatdırmağınızı xahiş edirəm və təsdiqləmək istəyirəm ki, Rusiya da İran kimi strateji münasibətlərimizi davam etdirmək niyyətindədir”, – deyə Rusiya lideri Abbas Əraqçi ilə görüşdə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin