Vaşinqtonun atəşkəs rejimini pozması, o cümlədən İran ticarət gəmilərinə hücumlar, İran və ABŞ arasında danışıqların davam etdirilməsinə əsas maneədir.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı zamanı səsləndirib.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Əraqçi bildirib ki, ABŞ-ın İranın mülki gəmilərinə hücumları, eləcə də Vaşinqtonun "ziddiyyətli mövqeyi və Tehrana qarşı təhdidedici ritorikası" iki ölkə arasında danışıqların davam etdirilməsinə mane olur.
Əraqçinin sözlərinə görə, İranın bundan sonrakı hərəkətləri mövcud vəziyyətin təhlilindən sonra müəyyən ediləcək.
Bizim.Media








































































































