Antalya Diplomatiya Forumu başa çatdı - FOTO

Hazırda oxunan: Antalya Diplomatiya Forumu başa çatdı - FOTO

608064

Cənubi Qafqazda sülhün təmin olunması üçün çox sıx fəaliyyətlərimiz var. Orta Dəhlizinin reallaşmasında bölgəmizin rolu son dərəcə önəmlidir. Çünki Cənubi Qafqazdakı stabillik bu dəhlizin təhlükəsizliyi baxımdan vacibdir. Zəngəzur dəhlizi Türkiyə üçün çox vacib marşrutdur. Bu mövzuda Avropa İttifaqı ilə də iş görürük. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bütün bölgə ölkələri inkişaf edəcək. Buna çox yaxınıq.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan beşinci Antalya Diplomatiya Forumunun (ADF 2026) yekununda mətbuata açıqlamasında ifadə edib. Daha sonra nazir tədbirin yekunlarına dair məlumat verib.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə reallaşan tədbir bu il “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda təşkil edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin