Ankarada 16 il əvvəl öldürülən bir şəxsin qətlini sifariş verməkdə ittiham edilən Barış Mirzə ölkəyə daxil olduqdan sonra saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sözcü” nəşri məlumat yayıb.
Belə ki, Ankara Şəhər Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları 2010-cu ildə Yenimahalle rayonunun Demetevler ərazisində 28 güllə ilə avtomobilində öldürülən 26 yaşlı Burak Şenin qətlini Barış Mirzənin sifariş verdiyini aşkar ediblər.
Polis Barış Mirzənin yeddi ildi Gürcüstanda gizləndiyini müəyyən edib.
Sonradan Mirzənin əməliyyatla üzünü dəyişdirdiyi və saç əkdirdiyi məlum olub. Beləcə şübhəli şəxs yeddi il sonra saxlanılıb.
Bizim.Media



































































































